Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub
Elm və təhsil
24 İyul , 2017 14:05
Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib
Report

Bakı. 24 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə əmr imzalayıb.

“Report”un məlumatına görə, əmrin imzalanmasında məqsəd Azərbaycanın ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Qaydalara görə, azsaylı xalqların uşaqları üçün təşkil edilən məktəbəhazırlıq təhsili, əsasən, həmin uşaqların seçilən tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də məktəbəhazırlıqla bağlı digər zəruri məsələlərin təmin olunmasını nəzərdə tutur.

Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq müəyyən edilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçilir. Bir gün ərzində 3 (üç) məşğələ tədris olunur.

Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur.

Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

I yarımil: 1 oktyabr - 26 yanvar;

II yarımil: 1 fevral - 31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi