Yuxarı
    Bağlamaq

    Azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin tədris planı təsdiq edilib

    Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb

    Bakı. 3 iyul. REPORT.AZ/ Azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2015-2016-cı dərs ilinə aid tədris planı təsdiq edilib. "Report" xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

    Əmrin imzalanmasında məqsəd Azərbaycanın ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

    Əmrə əsasən, tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən hazırlıq siniflərinin 2015-2016-cı dərs ilinə aid tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilməlidir.

    Əmrin icrasına nəzarət isə nazir müavini Ceyhun Bayramova həvalə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi