AzMİU-da işçilərə əməkhaqqının 70 faizi məbləğində bayram mükafatı veriləcək

AzMİU-da işçilərə əməkhaqqının 70 faizi məbləğində bayram mükafatı veriləcək Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.
Elm və təhsil
21 Dekabr , 2017 16:29
AzMİU-da işçilərə əməkhaqqının 70 faizi məbləğində bayram mükafatı veriləcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.

Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. 

Əmrə əsasən, Universitetin bütün əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması üçün əməkhaqqının 70 faizi dəyərində maddi yardım ediləcək.

Qeyd edək ki, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il bu gündə və Novruz bayramı ərəfəsində Universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına maddi yardımlar olunması üçün əmr imzalayır. 

Son xəbərlər

Orphus sistemi