Yuxarı

​“Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası” işıq üzü görüb

Müxtəlif mövzuları əhatə edən kitab 4 hissə, 18 bölmədən ibarətdir

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi yeni dərc etdiyi "Azərbaynanca-rusca-ukraynaca danışıq kitabçası”nı oxuculara təqdim edir. BSU-dan "Report"a verilən məlumata görə, yeni işıq üzü görmüş kitabça Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin müdiri, fəlsəfə doktoru Aqşin Rüstəmov, Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin direktoru, dosent Yaşar Alxasov və PİTU-nun dosenti Vita Sarapın tərəfindən tərtib edilib.

“Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası” Ukraynaya təhsil almaq, işləmək və ya səyahət etmək məqsədilə gedən həmvətənlərimiz üçün nəzərdə tutulub. Kitabçada Azərbaycan danışıq dilində gündəlik məişət şəraitində, ictimai yerlərdə geniş işlədilən söz və ifadələri rus və Ukrayna dillərinə tərcüməsi, habelə Azərbaycan dili vasitəsilə Ukrayna dilində tələffüzü öz əksini tapıb. Müxtəlif mövzuları əhatə edən kitab 4 hissə, 18 bölmədən ibarətdir.

Kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, akademik Kamal Abdulla və Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor Aleksey Nestulyanın təşəbbüsü ilə çap edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi