Yuxarı

"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda elmi konfrans başlayıb

Tədbir mayın 7-ə kimi davam edəcək

Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda VI beynəlxalq elmi konfrans başlayıb. "Report" xəbər verir ki, tədbir Bakı Slavyan Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə baş tutub.  

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyevombudsman Elmira Süleymanova, deputatlar, xarici mütəxəssislər, alimlər iştirak edib. 

Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanşünaslıq ölkə elminin mühim aspektlərindən biridir və bir sıra istiqamətləri dərindən araşdırılmalıdır.

Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib ki, konfransın keçirilməsinin əhəmiyyəti böyükdür: "Konfrans 30 yaxın ölkə arasında mənəvi körpü qurur. İştirakçılar Qax və Şəkiyə də gedəcəklər. Azərbaycanın bölgələrində olan vəziyyətlə tanış olacaqlar". 

Ombudsman Elmira Süleymanova deyib ki, tədbir çox əhəmiyyətli mövzuya həsr olunub: "Azərbaycançılıq digər ölkələrdəki ideologiyadan fərqlidir, çünki bu millətçilik deyil beynəlmiləlçilikdir". 

Təhsil nazirinin müavini Firudin Qurbanov, xarici mütəxəssislər çıxış edərək konfransın əhəmiyyətini qeyd ediblər. 

Konfrans mayın 7-ə kimi davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi