Azərbaycanın filoloq alimi, filologiya elmləri doktoru, professor Roza Eyvazova vəfat edib.
"Report" xəbər verir ki, R.Eyvazova 82 yaşında qəfildən dünyasını dəyişib.
Məlumata görə, R.Eyvazovanın heç bir xəstəlikdən şikayəti olmayıb.
R.Eyvazova Azərbaycan
Qeyd edək ki, Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1967-ci ildən Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1996-cı ildən filologiya elmləri doktorudur. 1998-ci ildən 2014-cü ilə qədər həmin institutda Dil əlaqələri şöbəsinin müdiri vəzifəsində çalışıb.