Yuxarı

Azərbaycanlı mütəxəsisslər Dubayda quraşdırılacaq seysmik stansiyalar şəbəkəsinin yaradılmasında iştirak edəcək

ABŞ-ın Kinemetrics şirkətinin vitse prezidenti Ogie Kuraica RSXM-də olub

Bakı. 1 aprel. REPORT.AZ/ Dubayda və Qətərdə quraşdırılacaq seysmik stansiyalar şəbəkəsinin yaradılmasında azərbaycanlı mütəxəsisslər də iştirak edə bilər. "Report" xəbər verir ki, bu təkliflə ABŞ-ın Kinemetrics şirkətinin vitse prezidenti Ogie Kuraica çıxış edib.

Belə ki, Ogie Kuraica AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. Görüşdə Xəzər dənizində quraşdırılacaq dəniz dibi seysmik stansiyaların quraşdırılması üçün görüləcək hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.

Xarici mütəxəssis RSMX-in baş direktoru Qurban Yetirmişli ilə söhbətində Dubayda və Qətərdə quraşdırılacaq seysmik stansiyalar şəbəkəsinin yaradılmasında azərbaycanlı mütəxəsisslərin də iştirak etməsi təklifini irəli sürüb və bu təklif müsbət qarşılanıb.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün müəyyən müzakirələr aparılıb və razılıqlar əldə olunub.

Xatırladaq ki, azərbaycanlı mütəxəsisslər daha öncə də Oman əmirliyində stansiyaların quraşdırılmasında iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi