Azərbaycanlı məktəblilər Beynəlxalq Meqapolis olimpiadasında 5 medal qazanıblar

Azərbaycanlı məktəblilər Beynəlxalq Meqapolis olimpiadasında 5 medal qazanıblar Medallardan bir qızıl, dörd bürüncdür
Elm və təhsil
9 Sentyabr , 2017 14:54
Azərbaycanlı məktəblilər Beynəlxalq Meqapolis olimpiadasında 5 medal qazanıblar

Bakı. 9 sentyabr. REPORT.AZ/ Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis olimpiadası keçirilib.

“Report”un xəbərinə görə, 36 ölkənin, 288 məktəblinin qatıldığı olimpiadada Azərbaycanı təmsil edən şagirdlər uğur qazanıblar.

Olimpiadaya ilk dəfə qatılan azərbaycanlı məktəblilər bir qızıl və dörd bürünc medal əldə ediblər.

Kimya fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Ramil Babazadə qızıl, Kimya, Biologiya təmayüllü liseyin X sinif şagirdi Əli Əliyev bürünc medal qazanıblar.

İnformatika fənni üzrə Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov bürünc, riyaziyyat fənni üzrə Ademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Anar Rzayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüblər. Komanda üzrə Azərbaycan 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Meqapolis olimpiadası 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika ) üzrə keçirilən komanda turniridir. 14-18 yaş arası yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadaya Azərbaycan hər fənn üzrə 2 şagird olmaqla 8 iştirakçıdan ibarət komanda heyəti ilə qatılıb.

Son xəbərlər

Orphus sistemi