Yuxarı
    Bağlamaq

    Azərbaycanlı alimlərin yeni dərman maddələrinin İtaliyada klinik sınaqları aparılacaq

    Hazırda Florensiya, Atatürk, Kral Səud universitetlərinin alimləri ilə birgə tədqiqatlar aparılır

    Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu (AKİ) respublikanın əczaçılıq sənayesinin inkişafı üçün dünyanın aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara start verib.

    Bu barədə "Report"a institutdan bildirilib.

    İnstitutun direktoru Vaqif Fərzəliyevin sözlərinə görə, hazırda İtaliyanın Florensiya, Türkiyənin Atatürk, Səudiyyə Ərəbistanın Kral Səud universitetlərinin alimləri ilə birgə “Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” adlı tədqiqatlar aparılır: “AKİ-də maddələr sintez edildikdən sonra Türkiyə və İtaliyaya göndərilir. Orada mərhələli şəkildə həmin maddələrin antioksidant və fermentativ təsirləri araşdırılır. Analizlərin ilkin nəticələri müsbətdir. Aldığımız maddələr bədxassəli şişlərə səbəb olan neqativ proseslərə yüksək inhibitor təsir göstərir. Belə ki, bu maddələr qeyd olunan xəstəliklərdə standart dərman kimi tətbiq olunan tokoferol və alfa-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir”.

    Nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün Aşqarlar Kimyası İnstitutunun alimləri ilə birgə tədqiqatlar həyata keçiriləcək, yeni dərman maddələrin klinik sınaqları aparılacaq.

    Qeyd edək ki, artıq AKİ-nin alimləri AMEA və İMTŞ arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş müsabiqəyə layihə təklifi göndərib. Layihə reallaşacağı təqdirdə Azərbaycan elmində böyük ilkə imza atılmış olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi