Yuxarı

Azərbaycanlı alim Kapitsa adına qızıl medala layiq görülüb

Canəhmədov 320-dən artıq əsərin, 30-dan çox patentin müəllifidir

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor Əhəd Canəhmədov təbiət elmlərinin inkişafındakı böyük xidmətlərinə görə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eyni zamanda, Nobel mükafatı laureatı P.L.Kapitsa adına qızıl medala layiq görülüb.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Ə.Canəhmədov 320-dən artıq əsərin, o cümlədən 50 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin, 30-dan çox patentin müəllifidir. Onun elmi əsərləri təkcə MDB dövlətlərində deyil, digər xarici ölkələrdə də məşhurdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi