Yuxarı

Azərbaycanlı abituriyentlərlə bağlı Gürcüstan Təhsil Nazirliyinə müraciət olunub

Azərbaycanlı abituriyentlərlə bağlı Gürcüstan Təhsil Nazirliyinə müraciət olunub

Tbilisi. 30 sentyabr. REPORT.AZ/ Gürcüstanın müxalifətdən olan “Avropalı Gürcüstan” partiyası bu il ali məktəblərə qəbul ola bilməyən milli azlıq nümayəndələri ilə bağlı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə müraciət edib.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, bu barədə partiyanın liderlərindən biri olan deputat Serqo Ratiani keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 800-ə yaxın azərbaycanlı və erməni abituriyent qəbul imtahanlarından uğurla keçsə də, universitetlərə qəbul ola bilməyib:

“Buna abituriyentlərə ixtisas seçimi ilə bağlı qaydalar barədə kifayət qədər məlumatın verilməməsi səbəb olub. Abituriyentlər istədikləri sayda ixtisas qeyd edə bilərdilər, lakin məlumatsızlıqdan az sayda ixtisas seçiblər. Bu onu göstərir ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin ərazi üzrə resurs mərkəzləri abituriyentlərin məlumatlandırılması üzrə vəzifələrini yerinə yetirməyiblər”.

S.Ratiani Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini istisna hal kimi azərbaycanlı və erməni abituriyentlərin ali məktəblərə əlavə yerləşdirilməsinə şərait yaratmağa çağırıb.

Gürcüstanda bu il tələbə adını qazana bilməyən abituriyentlərin 500-ə yaxınını azərbaycanlı gənclər təşkil edir. Azərbaycanlı abituriyentlərlə bağlı sentyabrın əvvəlində ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə müraciət olunub. Nazirlik bu günə qədər məsələyə rəsmi münasibət bildirməyib.

Cəmilə Babayeva

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi