​Azərbaycanla Misir arasında elm sahəsində əlaqələr genişlənir

​Azərbaycanla Misir arasında elm sahəsində əlaqələr genişlənir Qahirə Universitetinin nümayəndələri Azərbaycanda təcrübə keçəcəklər
Elm və təhsil
25 İyun , 2015 19:03
​Azərbaycanla Misir arasında elm sahəsində əlaqələr genişlənir

Bakı. 25 iyun. REPORT.AZ/ Misirin Qahirə Universitetinin “Mühəndislik” fakültəsinin “Kimya mühəndisliyi” kafedrasında təhsil alan 10-a yaxın tələbə və universitetin professoru Fatma Aşurun rəhbərliyi altında olan nümayəndə heyəti Bakıya səfərə gəlib.

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, səfər Mərkəzin təşkilatçılığı ilə baş tutub.

Səfərin məqsədi AMEA-nın Y.Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda təcrübə keçməkdən, bu sahədə yeniliklərin öyrənilməsindən ibarətdir.

Səfər 2 iyul 2015-ci il tarixinə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi