Azərbaycanla İtaliyanın universitetləri arasında əməkdaşlıq inkişaf etdiriləcək

Azərbaycanla İtaliyanın universitetləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Mikayıl Cabbarov İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri Stefania Gianini ilə görüşüb
Elm və təhsil
1 Oktyabr , 2015 14:08
Azərbaycanla İtaliyanın universitetləri arasında əməkdaşlıq inkişaf etdiriləcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri Stefania Gianini ilə görüşüb. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkə rəhbərliyinin bu əlaqələrin genişlənməsinə və xalqlar arasında dostluğun gücləndirilməsinə göstərdiyi diqqət xüsusilə qeyd edilib.

Azərbaycan-İtaliya Universitetlərarası Forumunun müvəffəqiyyətlə keçirilməsi və forumun nəticələrinə əsasən, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin nazirlər Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri və Azərbaycanda italyan dilinin tədrisinə dəstək kimi məsələləri müzakirə ediblər.

Qeyd edək ki, "Milan Expo 2015" Ümumdünya Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunmuş Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak etmək üçün təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.

Son xəbərlər

Orphus sistemi