Azərbaycanın təhsil naziri: "Kənd və rayon məktəblərində müəllimlər üçün vakant yerlərin sayı 1 faizə enib"

Azərbaycanın təhsil naziri: "Kənd və rayon məktəblərində müəllimlər üçün vakant yerlərin sayı 1 faizə enib" "Hazırda Azərbaycanda 151 min müəllim fəaliyət göstərir"
Elm və təhsil
20 Noyabr , 2014 13:37
Azərbaycanın təhsil naziri: Kənd və rayon məktəblərində müəllimlər üçün vakant yerlərin sayı 1 faizə enib
Bakı. 20 noyabr. REPORT.AZ/ "Orta məktəblərdə müəllimlərin maksimal dərs yükü 36 dərs saatına bərabər ola bilər. Bu da onların öz istəyi ilə müəyyən edilir. Onların əməkhaqlarına gəldikdə, bu göstərici 12 saat üçün minimal 155, maksimum isə 207 manata bərabərdir". Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov parlamentdə millət vəkillərinin təhsil sahəsi ilə bağlı səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.

Nazir həmçinin, rayon və kənd məktəblərində vakant yerlərlə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, respublikanın kənd və rayonlarında vakant yerlərin sayı say 3 faizdən 1 faizə enib: “Bu da onu göstərir ki, gənc müəllimlərin ucqar ərazilərimizdə işləməsinə həvəsləndirilməsi üçün hökumətin apardığı işlər öz müsbət təsirini verir”.

Nazir əlavə edib ki, hazırda Azərbaycanda 151 min müəllim fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi