Yuxarı

Azərbaycanın təhsil naziri Rusiyada səfərdədir

Mikayıl Cabbarov Moskva Beynəlxalq Təhsil Salonunun açılış mərasiminə qatılıb

Bakı. 14 aprel. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Moskva şəhərində səfərdədir. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Moskvaya işgüzar səfəri çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Moskva Beynəlxalq Təhsil Salonunun açılış mərasiminə qatılıb.

Mərasimdə Rusiya Federasiyası Hökuməti başçısının müavini Olqa Qolodets, təhsil və elm naziri Dmitri Livanov çıxış ediblər. Mikayıl Cabbarov Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub.

Salonu ziyarət çərçivəsində Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov və İran İslam Respublikasının təhsil naziri Əliəsgər Fani ilə işçi görüşlər keçirib, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Təhsil naziri həmçinin, Rusiya Dövlət Humanitar Universitetinə səfər edərək bu ali məktəb, tədris ocağının muzeyi və kitabxanası ilə tanış olub. Ali təhsil müəssisəsinin prezidenti Yefim Pivovar və rektoru Yevgeni İvaxnenko ilə görüş zamanı mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Daha sonra Mikayıl Cabbarov A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüş keçirib. Görüşdə Azərbaycanın rus dili müəllimləri üçün təlimlərin təşkili sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Səfər davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi