Yuxarı

Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb

Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb.

“Report” xəbər verir ki, 2018-2019-cu dərs ilinin 5 günlük tətili yanvarın 27-də başlamışdı. 

Fevralın 1-də isə ümumtəhsil məktəblərində dərslərə start verilib. 

Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi