"Azərbaycanın Milli Atlas”ına müəlliflik şəhadətnaməsi verilib - FOTO

"Azərbaycanın Milli Atlas”ına müəlliflik şəhadətnaməsi verilib - FOTO Atlas xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir
Elm və təhsil
22 May , 2015 18:23
Azərbaycanın Milli Atlas”ına müəlliflik şəhadətnaməsi verilib - FOTO

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı və elmi-məlumatlı kartoqrafik əsərlərdən ibarət toplu olan "Azərbaycan Respublikası Milli Atlas"ı Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb və müvafiq Şəhadətnamə təqdim olunub.

Coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən, həmçinin ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər olan sözügedən Atlas xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir.

Həmçinin müstəqil Azərbaycan dövlətinin "Milli Atlas"ının nəşr olunması gələcək nəsillərimizdən ötrü gələcək yüzilliklər, minilliklər üçün elmin bütün sahələrini əhatə edən çox qiymətli ilk mənbənin həyata vəsiqə alması deməkdir.

Son xəbərlər

Orphus sistemi