Yuxarı
    Bağlamaq

    Azərbaycanın məşhur riyaziyyat müəllimi vəfat edib

    Malik Aranlı riyaziyyat və məntiqə aid onlarla kitabın müəllifidir

    Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın məşhur riyaziyyat müəllimi, əməkdar müəllim Malik Aranlı (Qəhrəmanlı) vəfat edib.

    “Report”un məlumatına görə, M.Aranlı uzun sürən xəstəlikdən sonra 60 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, M.Aranlı 1956-cı il dekabr ayının 17-də İmişli şəhərində anadan olub.

    1978-ci ildən 1992-ci ilə kimi Aranlı kənd orta məktəbində riyaziyyat müəllimi, 1992-ci ildən dünyasını dəyişənə qədər Aranlı kənd N.Əsədov 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Məntiqi-riyazi “Məntiq və Riyaziyyat” jurnalının təsisçisi və baş redaktoru olub. Riyaziyyat və məntiqə aid onlarla kitabın müəllifidir. 2008-ci ildə əməkdar müəllim adına layiq görülüb.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi