Rektor: "Azərbaycanın latın dilinə keçid təcrübəsi Qazaxıstan üçün faydalı olacaq"

Rektor: "Azərbaycanın latın dilinə keçid təcrübəsi Qazaxıstan üçün faydalı olacaq" QMU-nun rektoru qeyd edib ki, bu gün Azərbaycan-Qazaxıstan münasibətləri inkişaf edir və keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Elm və təhsil
20 Dekabr , 2018 18:42
Rektor: Azərbaycanın latın dilinə keçid təcrübəsi Qazaxıstan üçün faydalı olacaq
Kaznu.kz

Bakı. 20 dekabr. REPORT.AZ/ "Xalqlarımız arasında əcdadlarımızın prinsiplərinə və əlaqələrinə əsaslanan mehriban qardaşlıq münasibətləri qurmalıyıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Qalimkair Mutanov deyib.

O qeyd edib ki, bu gün Azərbaycan-Qazaxıstan münasibətləri inkişaf edir və keyfiyyətcə yeni səviyyəyə yüksəlib: "Bizi bir-birimizə çox şeylər - ümumi tarix, mədəniyyət, dil və bir çox digər amillər bağlıyır".

Q.Mutanov gələcək nəsillərin ümumi kökləri və dəyərləri bilməli və hörmət etməli olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, gələn ildən etibarən Qazaxıstan da latın əlifbasına keçəcək.

"Azərbaycan çoxdan latın əlifbasına keçib, biz isə yeni ildən keçəcəyik. Bu məsələdə Azərbaycanın bizə kömək edə biləcəyi çox şey var. Təcrübə və praktikanızı öyrənmək bizim üçün faydalı olacaq", - deyə o, fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi