Azərbaycanın ilk veb-saytının yeni versiyası istismara verilib

Azərbaycanın ilk veb-saytının yeni versiyası istismara verilib 2014-cü ildə portala 1,5 milyona yaxın müraciət qeydə alınıb
Elm və təhsil
4 Mart , 2015 17:35
Azərbaycanın ilk veb-saytının yeni versiyası istismara verilib

Bakı. 4 mart. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin (RH) bugünkü iclasında Akademiyanın www.science.az veb-portalının yeni versiyasının istismara verilməsi haqqında məruzə dinlənilib. 

"Report"un xəbərinə görə, akademik Rasim Əliquliyev xatırladıb ki, AMEA-nın rəsmi veb-portalı www.ab.az adı altında 1995-ci ildə yaradılıb. 2013-cü il iyulun 3-də AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilən məsələlər sırasında portalın yeni versiyasının yaradılması da yer alıb.

Özündə 15 minə yaxın səhifəni Azərbaycan, rus və ingilis dillərində əks etdirən www.science.az meqaportalı AMEA Rəyasət Heyəti Aparatı, akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu və fəaliyyəti, Akademiyanın sabiq prezidentləri və fəxri üzvlərini və digər lazımi məlumatları özündə əks etdirir.

Xatırladaq ki, 2014-cü ildə portala 1,5 milyona yaxın müraciət qeydə alınıb.

Sonda Rəyasət Heyətinin qərarı ilə portalın yeni versiyasının istismarı AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinə həvalə edilib.

Qeyd edək ki, AMEA-nın saytı Azərbaycanda istifadəyə verilmiş ilk veb-saytdır.

Son xəbərlər

Orphus sistemi