Azərbaycanın əməkdar müəllimi vəfat edib

Azərbaycanın əməkdar müəllimi vəfat edib Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın əməkdar müəllimi vəfat edib.
Elm və təhsil
1 İyun , 2018 09:31
Azərbaycanın əməkdar müəllimi vəfat edib
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın əməkdar müəllimi vəfat edib.

"Report"un məlumatına görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) sabiq əməkdaşı, professor, əməkdar müəllim Murad Mahmudov 88 yaşında dünyasını dəyişib.  

Qeyd edək ki, Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olub. O, neft və qaz quyularının qazılması sahəsində tanınmış alim olub. M.Mahmudov 400-dən artıq elmi məqalənin, 12 monoqrafiyanın, bir sıra metodik vəsait və rəhbərliklərin müəllifidir. İxtiralara görə müəlliflik şahədətnamələri alıb, 12 elmlər namizədi hazırlayıb.

Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyi münasibətilə "Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi