Yuxarı

Azərbaycanın daha bir ali məktəbində magistratura yaradılacaq

Azərbaycanın daha bir ali məktəbində magistratura yaradılacaq

Azərbaycanın daha bir ali məktəbində magistratura pilləsinə qəbul keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Strasburq Universiteti üzrə elmi eksperti Pierre Collet deyib.

O bildirib ki, 2020-ci il üçün UFAZ-da magistratura pilləsinə qəbul nəzərdə tutulur: "Hazırda Təhsil Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır. UFAZ-ı bitirən tələbələr ikili diplom vasitəsilə magistr təhsilini həm Azərbaycanda, həm də Avropa ölkələrində davam etdirə bilərlər".

P.Collt qeyd edib ki, növbəti tədris ili üçün 80 nəfər akademik Strasburq Universitetindən UFAZ-a dəvət olunacaq.

Qeyd edək ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar. 2019/2020-ci tədris ilində universiteti 120 tələbənin bitirməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi