Yuxarı
    Bağlamaq

    Azərbaycanın böyük şəhərlərini təmsil edən abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri açıqlanıb

    Respublika üzrə qəbulolma göstəriciləri oğlanlar üzrə 32.52%, qızlar üzrə 39.28%-ə bərabərdir

    Bakı. 29 mart. REPORT.AZ/ Respublikanın böyük şəhərlərindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinin təhlili göstərir ki, Mingəçevir şəhərindən olan oğlan və Naxçıvan şəhərindən olan qız abituriyentlər bu göstəricilər üzrə üstünlüyə malikdirlər. 

    "Report"un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

    Məlumata görə, imtahanlarda Mingəçevir şəhərindən iştirak edən 542 oğlan abituriyentin 37.45%-i, Naxçıvan şəhərindən iştirak edən 638 qız abituriyentin 45.92%-i ali təhsil müəssisələrinə qəbul olub.

    Respublika üzrə qəbulolma göstəriciləri oğlanlar üzrə 32.52%, qızlar üzrə 39.28%-ə bərabərdir.

    Eyni zamanda, respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbulolma göstəricilərini müqayisə etdikdə məlum olur ki, Sumqayıt şəhərinin oğlan, Mingəçevir şəhərinin isə qız abituriyentlərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən plan yerlərinə qəbulolma faizləri (müvafiq olaraq 13.26% və 21.65%) respublikanın digər şəhərlərinin müvafiq göstəricilərindən yüksək olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi