Azərbaycanın baş konsulu: “Tələbə mübadiləsi mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır”

Azərbaycanın baş konsulu: “Tələbə mübadiləsi mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır” Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Şota Rustaveli Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi ilə görüşüb
Elm və təhsil
8 Noyabr , 2016 15:35
Azərbaycanın baş konsulu: “Tələbə mübadiləsi mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır”

Tbilisi. 8 noyabr. REPORT. AZ/ “Azərbaycanın və Batuminin müxtəlif universitetləri arasında tələbə mübadiləsi ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi ilə yanaşı, elmin və təhsilin də inkişafına təkan verəcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Şota Rustaveli Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi ilə görüşdə deyib. 

R.İsmayılov Batumi Dövlət Universitetinin Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu söyləyib və universitet ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulayıb: "Azərbaycan universitetləri ilə tələbə mübadiləsi hər iki ölkə üçün mühüm əhəmiyyətə malikdir. Tələbə mübadiləsi mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır".

O, Batumi Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin adını daşıyan “Heydər Əliyev - Azərbaycanşünaslıq Mərkəzi”nin, “Acarıstan - Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyasının, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Batumi Dövlət Universiteti arasında Anlaşma Memorandumunun dərinləşən dostluğun və təhsil əlaqələrinin gözəl nümunəsi olduğu qeyd edib.

Universitetin rektoru Merab Xalvaşi ali məktəbin yaranma tarixi, fəaliyyəti, mütəxəssis hazırlığı barədə Azərbaycanın baş konsuluna məlumat verib. O bildirib ki, azərbaycanlı diplomatın bu təhsil ocağı ilə yaxından dostluq etməsi, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.

Bu cür görüşlər universitetin professor, müəllim və tələbə kollektivləri tərəfindən də yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi