Yuxarı
    Bağlamaq

    Azərbaycandan XXVIII Ümumdünya Yay Universiadasına qatılmış tələbə idmançılar və onların məşqçiləri üçün mükafatların məbləği açıqlanıb

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 23 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

    "Report"un məlumatına görə, sərəncamla Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

    Birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

    İkinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

    Üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi