Azərbaycandan 182 tələbə Macarıstanda təhsil alacaq

Azərbaycandan 182 tələbə Macarıstanda təhsil alacaq Onlardan 104 nəfəri magistratura, 71 nəfəri bakalavriat, 6 nəfəri doktorantura və 1 nəfəri isə baza ali tibb təhsili üzrə təhsil alacaq
Elm və təhsil
8 Avqust , 2016 14:50
Azərbaycandan 182 tələbə Macarıstanda təhsil alacaq

Bakı. 8 avqust. REPORT.AZ/ Macarıstan ali məktəblərində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimlər Macarıstan tərəfi ilə birgə aparılıb. 

Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 182 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Tələbələrin böyük əksəriyyəti Macarıstanın Debrecen University, Budapest Business School, Corvinus University of Budapest və digər ali təhsil müəssisələrində Kompüter elmləri, İqtisadiyyat, Kənd təsərrüfatı, Biznesin idarə olunması, Turizm, Mühəndislik, Kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib. Onlardan 104 nəfəri magistratura, 71 nəfəri bakalavriat, 6 nəfəri doktorantura və 1 nəfəri isə baza ali tibb təhsili üzrə təhsil alacaq.

Son xəbərlər

Orphus sistemi