Yuxarı
    Bağlamaq

    Azərbaycandakı orta məktəblərdə payız tətili başlayıb

    5 günlük tətil noyabrın 20-də bitəcək

    Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gündən Azərbaycanda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində payız tətili başlayıb. "Report" xəbər verir ki, 2015-2016-cı tədris ilində nəzərdə tutulan 5 günlük tətil noyabrın 20-də bitəcək.

    Xatırladaq ki, 5 gün qış tətili 27-31 yanvar tarixlərində olacaq. İbtidai siniflər üçün isə 5 günlük - 1-5 may əlavə yaz tətili müəyyən edilib.

    Yaz tətili, əsasən, Novruz bayramı ilə üst-üstə düşür. Azərbaycanda rəsmi olaraq Novruz bayramının 5 gün qeyd edildiyi nəzərə alınaraq, ibtidai siniflər istisna olmaqla, digər siniflər üçün əlavə yaz tətili müəyyən edilməyib.

    Qeyd edək ki, bu tədris ilindən etibarən məktəblərdə dərslər mayın 31-də deyil, iyunun 14-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi