Azərbaycandakı orta məktəblərdə davamiyyət aşağı düşüb

Azərbaycandakı orta məktəblərdə davamiyyət aşağı düşüb Təhsil Nazirliyinin sözçüsü açıqlama verib
Elm və təhsil
9 Yanvar , 2015 11:10
Azərbaycandakı orta məktəblərdə davamiyyət aşağı düşüb

Bakı. 9 yanvar. REPORT.AZ/ "Qarlı hava şəraiti ilə bağlı orta təhsil müəssisələrində davamiyyətin aşağı olduğu siniflər əsasən ibtidai siniflərdir". Bunu "Report"a Azərbaycan Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik sözçüsü deyib ki, buna baxmayaraq məktəblərdə dərslər var: "Eyni zamanda, paytaxtda heç bir məktəb fəaliyyətini dayandırmayıb. Bölgələrdəki məktəblərə gəlincə, hazırda həmin ərazilərdəki vəziyyətin necə olması araşdırılır və yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi