​Azərbaycanda zəlzələlərin tədqiqatı arxivi AzScienceNet-də yerləşdirilib

​Azərbaycanda zəlzələlərin tədqiqatı arxivi AzScienceNet-də yerləşdirilib Arxiv 2003-2015-ci illərdə Azərbaycanda baş verən bütün tektonik hərəkətlərin qeydiyyat məlumatlarından ibarətdir
Elm və təhsil
12 Fevral , 2016 20:58
​Azərbaycanda zəlzələlərin tədqiqatı arxivi AzScienceNet-də yerləşdirilib

Bakı. 12 fevral. REPORT.AZ/ AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunda uzun müddət ərzində toplanan böyük həcmli verilənlərin (Big Data) arxivi AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilib.

Bu barədə "Report"a AMEA İnformasiya Texnologiyaları İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bunun üçün Data Mərkəzdə 15 Terabayt yaddaş resursu ayrılıb.

Arxiv 2003-2015-ci illərdə Azərbaycanda baş verən bütün tektonik hərəkətlərin qeydiyyat məlumatlarından ibarətdir. Buraya zəlzələlərin maqnitudu, dalğa forması, intensivliyi, baş verdiyi məkan və zaman daxildir.

Zaman keçdikcə tədqiqat materiallarının bazasının həcminin artması nəticəsində məlumatların daha etibarlı serverdə saxlanması və verilənlərin sürətli emalı üçün Big Data texnologiyalarından istifadə edilməsi zərurəti meydana çıxır. Bu baxımdan büronun arxivinin Data Mərkəzdə yerləşdirilməsi baş verə biləcək mənfi halların (yaddaş resurslarının çatışmazlığı, məlumat itkisi və s.) qarşısının alınmasında mühüm rol oynayacaq. Həmçinin seysmoloji tədqiqat materiallarının emalı prosesinin sürətləndirilməsini təmin edəcək ki, bununla da tədqiqatların nəticələri daha tez əldə olunacaq.

AzScienceNet şəbəkəsi və Mərkəzin Zəlzələlərin tədqiqatı bürosu arasında əməkdaşlıq əlaqələrinin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi