Azərbaycanda yeni Dövlət Proqramı tərtib olunub

Azərbaycanda yeni Dövlət Proqramı tərtib olunub AMEA Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirilib
Elm və təhsil
6 Noyabr , 2014 15:16
Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin (AEB) növbəti iclası keçirilib. “Report” AMEA-ya istinadən xəbər verir ki, bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verib.

Tədbirdə akademik Məhərrəm Babayevin “Neftlə çirklənmiş torpaqların münbitliyinin aqrokimyəvi üsullarla bərpası” mövzusunda rəhbərlik etdiyi elmi-tədqiqat layihəsinin yerinə yetirilməsi vəziyyəti ilə əlaqədar yekun elmi-texniki hesabatı dinlənilib. Bölmə üzvlərinin müzakirəsi nəticəsində hesabatda yer alan çatışmazlıqlar müəyyənləşdirilib, düzəlişlərdən sonra hesabat qəbul edilib.

Sonra AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “2015-2024-cü illərdə Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair” Dövlət Proqramının tərtib olunması ilə əlaqədar məlumat verib. Proqramın iqtisadi əsaslandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihənin icrası ilə əlaqədar xüsusi avadanlığın gətirilməsi məsələsi də müzakirə olunub. Akademik Məmməd Salmanov, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Pənah Muradov və başqaları suallarla çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi