Azərbaycanda xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır

Azərbaycanda xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır Qəbul iki mərhələdə aparılacaq
Elm və təhsil
7 Mart , 2017 18:16
Azərbaycanda xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır

Bakı. 7 mart. REPORT.AZ/ Aprelin 1-dən 2017-2018-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanını verməlidir.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.

http://mod.gov.az/az/news/herbi-qulluqcu-hazirlayan-xususi-teyinatli-tehsil-muessiselerine-qebul-qaydalari-11163.html

Son xəbərlər

Orphus sistemi