Yuxarı
    Bağlamaq

    Azərbaycanda xəstələrə məsafədən nəzarət sisteminin tətbiqinə başlanıb

    Həkim istədiyi zaman xəstəylə əlaqə yaradaraq xəstədə olan şikayətləri izləyə bilir

    Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda həkimlər xəstələrə məsafədən nəzarət edə biləcəklər. Trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Tibb Universitetinin Tədris Terapevtik Klinikasında tətbiq edilib.

    "Report" xəbər verir ki, bu barədə ATU-nun Tədris Terapevtik Klinikasının kardioloqu Fərid Əliyev məlumat verib.

    Onun sözlərinə görə, sistemin xəstənin üzərində daşına bilinən funksiyası var: “Sistem mobil telefon vasitəsilə idarə olunur. Xəstənin harada olmasından asılı olmayaraq GSM xətti üzərindən işləyir. Həkim istədiyi zaman xəstəylə əlaqə yaradaraq (internetin və telefonların işlədiyi yerdə əsasən) xəstədə olan şikayətləri izləyə bilir. Xəstənin hər hansı şikayəti olduğu halda bir düyməyə basmaqla kardioqrama qeydlərini aparır. Bu sistem əsasən nadir şikayətləri olan (3-4 ayda bir) və riskli xəstələr üçün istifadə olunur”.

    Kardioloq cihazın mobil şəbəkənin olmadığı yerlərdə xəstə ilə bağlı şikayətləri qeyd etdiyini və mobil şəbəkəyə keçildiyi andan etibarən lazım olan məlumatları birbaşa mərkəzə ötürdüyünü də bildirib.

    F.Əliyev qeyd edib ki, bu sistem sayəsində xəstədəki ürək ritminin 24 saatlıq nəzarəti uzunmüddətli (aylıq) aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi