Azərbaycanda valideynlərin üçdə ikisi evdə hərdən bir uşaqları üçün kitab oxuyur

Azərbaycanda valideynlərin üçdə ikisi evdə hərdən bir uşaqları üçün kitab oxuyur Bakı. 19 dekabr. REPORT.AZ/ “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib. Hər icmadan orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub.
Elm və təhsil
19 Dekabr , 2017 10:43
Azərbaycanda valideynlərin üçdə ikisi evdə hərdən bir uşaqları üçün kitab oxuyur
Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev / Report/ Orkhan Azim

Bakı. 19 dekabr. REPORT.AZ/ “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib. Hər icmadan orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub".

"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev layihənin təqdimat mərasimində deyib.

O bildirib ki, icmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirir və razılığa əsasən həftədə bir neçə gün 2-4 saat ərzində uşaqlara hazırlıq təşkil olunur.

E.Əmrullayev qeyd edib ki, icmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır: "Keçirilən dərslər mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən “İcma əsaslı məktəbəqədər təhsil proqramı” vəsaitinə əsaslanır".

O əlavə edib ki, tədqiqatlara əsasən, Azərbaycanda valideynlərin üçdə ikisi evdə hərdən bir uşaqları üçün kitab oxuyur: "Evdə uşaqları üçün nəsə oxuyan valideynlərin sayı isə 28-dir. Bu isə ortalamadan çox aşağıdır. Hərdən bir oxumaqdan tez-tez oxumaq keçsək uşaqların nəticələrinin əsaslı şəkildə yaxşılaşdığını görə bilərik".

Qeyd edək ki, layihə YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunur.

Son xəbərlər

Orphus sistemi