Azərbaycanda ​V ixtisas qrupuna keçirilən imtahanın nəticələri açıqlanıb

Azərbaycanda ​V ixtisas qrupuna keçirilən imtahanın nəticələri açıqlanıb Abituriyentlərdən 4 919 nəfəri imtahana gəlməyib
Elm və təhsil
6 İyul , 2016 17:47
Azərbaycanda ​V ixtisas qrupuna keçirilən imtahanın nəticələri açıqlanıb

Bakı. 6 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 5-də V ixtisas qrupuna və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirdiyi imtahanların nəticələrini açıqlayıb.

Qurumdan "Report"a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aparılıb.

Nəticələr iyulun 6-da saat 17:22-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 23 504 abituriyentdən 4 919 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 18 585 abituriyentdən 22 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi