Yuxarı
    Bağlamaq

    Azərbaycanda uşaq bağçalarının özəlləşdirilməsinə icazə verilməyəcək

    Yeni qanun layihəsinə görə, bağçalar profili dəyişmədən hüquqi və fiziki şəxslər tərəfindən özünüidarəyə verilə bilər

    Bakı. 15 dekabr. REPORT.AZ/ Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi keçirilib. 

    "Report"un xəbərinə görə, iclasda çıxış edən komitə sədri İsa Həbibbəyli qanun layihəsinin daha da təkmilləşdiyini bildirib.

    O qeyd edib ki, qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı həm Milli Məclisin plenar iclasında, həm də ondan sonra ekspertlərin rəyində və sosial mediada məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə birmənalı şəkildə yox cavabı verilib: "Həm deputatların, həm də Təhsil Nazirliyinin fikirlərini əsas götürürək layihənin əvvəlki variantında özəlləşdirilmə ilə bağlı yer alan maddə çıxarılıb. Lakin Təhsil Nazirliyinin irəli sürdüyü maddədə özəllişdirilməyə yaxın fikirlər yer alıb. Belə ki, nazirliyin bizə göndərdiyi rəydə qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrinin profili dəyişmədən hüquqi və fiziki şəxslər tərəfindən özünüidarə etməyə verilə bilər. Təbii ki, bu, özəlləşdirmə yox, sadəcə bu, sahənin inkişaf etdirilməsi üçün əlavə imkanlar deməkdir".

    Komitə sədri əlavə edib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisəsi əlavə iqtisadi gəlir və sosial sənmərə əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək: "Dövlət məktəbəqədər təhsil müəssisəsilərinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq. Dövlət məktəbəqədər təhsil müəssisəsi sahibkarlıq fəaliyyətdən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldiləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi