Azərbaycanda uşaq bağçaları mühafizəçi və həyəcan düyməsi ilə təmin ediləcək

Azərbaycanda uşaq bağçaları mühafizəçi və həyəcan düyməsi ilə təmin ediləcək Hər bir dövlət məktəbəqədər təhsil müəssisəsinə 2 gözətçinin ayrılması nəzərdə tutulub
Elm və təhsil
3 Mart , 2018 00:38
Azərbaycanda uşaq bağçaları mühafizəçi və həyəcan düyməsi ilə təmin ediləcək

Bakı. 3 mart. REPORT.AZ/ Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsinin təşkili üçün hər bir dövlət məktəbəqədər təhsil müəssisəsi 2 gözətçi və Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında həyəcan düyməsi ilə təmin ediləcək.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Maliyyə Nazirliyinə 2019-cu ildən etibarən dövlət məktəbəqədər təhsil müəssisələrinin həyəcan düyməsi ilə təchiz olunması üçün DİN-in Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etmək tapşırığı verilib. 

Son xəbərlər

Orphus sistemi