Şəkidə uşağın dəfn olunduğu qədim küp-qəbir aşkar olunub - VİDEO

Şəkidə uşağın dəfn olunduğu qədim küp-qəbir aşkar olunub - VİDEO Hazırda ərazidə qazıntı işləri davam etdirilir
Elm və təhsil
14 May , 2015 13:09
Şəkidə uşağın dəfn olunduğu qədim küp-qəbir aşkar olunub - VİDEO

Bakı. 14 may. REPORT.AZ/ Şəkidə qazıntılar zamanı yeni tapıntılar aşkarlanıb. "Report" xəbər verir ki, Şəkinin Fazıl kəndində yerləşən “Əbədi sükut dünyası” labirintinin ətrafında yerləşən həyətyanı sahələrindən təsərrüfat işləri zamanı müəyyən tapıntılar üzə çıxıb. Aşkar olunan yeni qəbir abidəsində uşağın dəfn olunduğu küp qəbir e.ə II - eramızın I əsrlərinə aiddir.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir. Lakin artıq küpün ətrafında basdırılmış müxtəlif məişət avadanlıqları, heyvan sümükləri üzə çıxıb. Arxeoloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliliyin yüksək olmasını göstərir. Belə ki, qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Digər sakinin həyətyanı sahəsindən isə qədim məbəd sütunu aşkar edilib. Tapılan sütun bloku 7 güşəli ulduzu xatırladır. Təqribən 70 sm uzunluğunda olan bu tapıntı əhəngdaşından düzəldilib. Sütunda hər iki başdan müəyyən məsafədə olan dəliklər qurğuşun və əhəng tökülməklə digər hissələrə birləşdirilməsi üçün nəzərdə tutulub. Məbəd qalıqlarının alban dövrünə və ya daha əvvəlki, hətta atəşpərəstlik dövrünə aid olduğu güman edilir. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu “Əbədi sükut dünyası” labirintində tapılan ana və ata bütləri də sübut edir. Digər tərəfdən Fazıl kəndinin adının “müqəddəslər və onların olduğu yer” mənasını daşıdığı deyilir.

Son xəbərlər

Orphus sistemi