Yuxarı
    Bağlamaq

    Azərbaycanda universitetlərdən birində yeni dekan təyinatları olub

    Rektorun əmri ilə universitetin 7 əməkdaşı dekan vəzifələrinə təyin ediliblər

    Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinatlar olub

    ADNSU-dan "Report"a verilən xəbərə görə, rektor Mustafa Babanlının əmri ilə universitetin 7 əməkdaşı 5 illik əmək müqaviləsi müddətinə müvafiq fakültələrə dekan vəzifələrinə təyin ediliblər.

    "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" kafedrasının dosenti Nəriman Nərimanov Geoloji-kəşfiyyat fakültəsinə, Neftin, qazın nəqli və saxlanması kafedrasının professoru Qafar İsmayılov Qaz-neft mədən fakültəsinə, Fiziki və analitik kimya kafedrasının dosenti Fətdah Həşimov Kimya-texnologiya fakültəsinə, Maşınqayırma və material emalı kafedrasının dosenti Əli Əhmədov Neft-mexanika fakültəsinə, Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması kafedrasının dosenti Zakir Həsənov Energetika fakültəsinə, dosent, İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin dekan müavini Səməd Yusifov həmin fakültəyə və Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının dosenti İlham Rüstəmov İqtisadiyyat, beynəlxalq iqtisadi münasibət və menecment fakültəsinə dekan vəzifələrinə təyin ediliblər.

    Yeni dekanlar noyabrın 17-dən fəaliyyətə başlayıblar.

    Qeyd edək ki, Təhsil Nazirliyi ADNSU-da vakant dekan vəzifələrini tutmaq üçün oktyabrın 6-da müsabiqə elan etmişdi. Müsabiqənin nəticələrinə uyğun olaraq rektor Seçki komissiyasının dekan seçkisi ilə əlaqədar 16.11.2015-ci il tarixli iclasının protokolunu nəzərə alaraq yeni dekanların təyinatı ilə bağlı əmr imzalayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi