Yuxarı
    Bağlamaq

    Azərbaycanda universitetlərdən biri fəaliyyətini dayandırıb

    Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər ali məktəblərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda universitetlərdən biri fəaliyyətini dayandırıb. 

    Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

    Təhsil Nazirliyi tərəfindən Bakı Asiya Universitetinin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi