Yuxarı

​Azərbaycandakı universitetlərin birində işçilərin maaşları artırılıb

İşçilərin maaşına hər ay üçün 100 manat əlavə olunacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bəzi işçilərinin maaşları artırılıb. "Report" xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin rektoru İbrahim Cəfərov bildirib.

O qeyd edib ki, 40 yaşa qədər fəlsəfə doktorlarının maaşına hər ay üçün 80 manat, fəlsəfə doktoru olmayan müəllimlərin maaşlarına 60 manat, elmlər doktoru, şöbə müdirlərinin, dekanların və prorektorların maaşlarına 100 manat əlavə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi