Nazir müavini: “Azərbaycanda texniki peşə təhsili sistemində böyük islahatlar həyata keçiriləcək”

Nazir müavini: “Azərbaycanda texniki peşə təhsili sistemində böyük islahatlar həyata keçiriləcək” Firudin Qurbanov: “Peşə məktəblərindən məzun olanların ümumi nəticələri bizi tam qane etmir”
Elm və təhsil
28 Aprel , 2017 16:57
Nazir müavini: “Azərbaycanda texniki peşə təhsili sistemində böyük islahatlar həyata keçiriləcək”

Bakı. 28 aprel. REPORT.AZ/ “Azərbaycanda texniki peşə təhsili sistemində böyük islahatlar həyata keçiriləcək”.

“Report” xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, ölkədə təhsilin bütün pillələrinin optimallaşdırılması istiqamətində işlər aparılır: “Bu həm də peşə təhsili sisteminə aiddir. Son zamanlar peşə təhsilinə böyük diqqət var. Əmək bazarında yüksək peşəyə malik işçilərə tələbat artır. Ona görə də texniki peşə təhsili sisteminin inkişafına böyük ehtiyac var. Bu istiqamətdə mərhələli və ardıcıl işlər nəzərdə tutulub və böyük islahatlar həyata keçiriləcək. Optimallaşma da bunun bir istiqamətidir”.

Nazir müavini qeyd edib ki, ilk növbədə sənaye, kənd təsərrüfatı, turizm sənayəsi və xidmət sferalarına tələb olan ixtisaslara uyğun optimallaşdırma tədbirləri həyata keçiriləcək: “Təbii ki, peşə məktəblərindən məzun olanların ümumi nəticələri bizi tam qane etmir. Lakin son 3 ildə aparılan təhlillər göstərir ki, peşə məktəblərində oxuyanların bilik səviyyəsinin yüksəldilməsində müsbət irəliləyişlər əldə olunub. Bu proses gələcəkdə də davam edəcək”.

F.Qurbanov əlavə edib ki, son zamanlar texniki peşələrə və xidmət sferalarına, xüsusilə də turizm sahəsinə maraq artıb. 

Son xəbərlər

Orphus sistemi