Yuxarı

Şöbə müdiri: "Azərbaycanda tərcüməçi problemi var"

Çünki tərcüməçiləri ali məktəblərdə düzgün yetişdirmirlər

Bakı. 16 yanvar. REPORT.AZ/ "Azərbaycanda tərcüməçi problemi var, çünki tərcüməçiləri ali məktəblərdə düzgün yetişdirmirlər".

Bunu "Report"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri İsmayıl Kazımov deyib.

Şöbə müdirinin sözlərinə görə, bəzi fərdi tərcümə işi ilə məşğul olan şəxslər var ki, ali təhsilli həmkarlarından savadlı və peşəkardırlar: "Professional tərcümə materialı ala bilmək üçün mütəxəssis yetişdirmək lazımdır. Mütəxəssis hərtərəfli yetişdirilməlidir".

İ.Kazımov bildirib ki, hətta bəzi küçə reklamlarında xarici dildən tərcümə olunan cümlələr Azərbaycan dilində gülünc səslənir: "Milliləşmə, özləşmə getməlidir. Çətin olan alınma sözlərin qarşılığı tapılmalıdır, sözlər uzun vaxt keçmədən yerində milliləşməlidir". 

O, həmçinin qeyd edib ki, tərcümə zamanı daha çox məna təhrif olunur, cümlələr yerinə düşmür, dilin normaları - orfoqrafik, sintaktik, ən çox da leksik-semantik norma pozulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi