Yuxarı

​Azərbaycanda tərcümə sahəsini tənzimləyəcək Dövlət Proqramı hazırlanır

Bu ixtisasa yüksək önəm verənlərin ikinci kursdan sonra xaricə gedib qayıtmaması ağrılı məqamdır

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Azərbaycanda dil və tərcümənin aktuallaşması, spesifik sahələr üzrə mənimsənilməsi, tədris və tətbiq mədəniyyətinin təkmilləşdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsini tənzimləyəcək Dövlət Proqramı hazırlanır".

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin direktoru Afaq Məsud deyib.

A.Məsud tərcümə sahəsində olan problemlərdən də danışıb. O bildirib ki, tərcümənin təhsil sferası üzrə aparılan araşdırmalar ali məktəblərə qəbul zamanı, çox hallarda tərcümə ixtisasının ikinci, bəzən üçüncü pillədə - yəni bal çatışmadığı halda təhsildən kənarda qalmamaq niyyəti ilə seçildiyi aşkar edilib: "Daha ağrılı məqam bu ixtisasa önəm verən və yüksək bal toplayan qabiliyyətli tələbələrin ikinci kursdan sonra təhsilini xarici ölkələrdə davam etdirməsi və təhsil müddəti başa çatdıqdan sonra geriyə qayıtmamasıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi