Yuxarı
    Bağlamaq

    Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq

    Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması da nəzərdə tutulub© Report.az

    Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq.

    “Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

    Sənəddə qeyd olunub ki, bu işlər qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçiriləcək. 2017-2018-ci illəri əhatə edəcək məsələnin icrası Təhsil Nazirliyinə tapşırılıb.

    Bundan başqa, sənəddə təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması da nəzərdə tutulub. Növbəti iki ili əhatə edəcək məsələnin icrası Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə həvalə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi