Azərbaycanda son 5 ildə internat məktəblərindən məzun olanların sayı açıqlanıb

Azərbaycanda son 5 ildə internat məktəblərindən məzun olanların sayı açıqlanıb Məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası və 18 nəfər isə 400-500 arası bal toplayıblar
Elm və təhsil
3 Dekabr , 2014 17:19
Azərbaycanda son 5 ildə internat məktəblərindən məzun olanların sayı açıqlanıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda son 5 ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. "Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir.

Məzun olanlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası və 18 nəfər isə 400-500 arası bal toplayıblar.

Son xəbərlər

Orphus sistemi