Azərbaycanda şagirdlərə fərqlənmə attestatlarının verilməsi qaydası təsdiqlənib

Azərbaycanda şagirdlərə fərqlənmə attestatlarının verilməsi qaydası təsdiqlənib Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb
Elm və təhsil
9 İyun , 2017 17:52
Azərbaycanda şagirdlərə fərqlənmə attestatlarının verilməsi qaydası təsdiqlənib
Report

Bakı. 9 iyun. REPORT.AZ/ “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” təsdiqlənib.

“Report” xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Beləliklə, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bunlar ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması1), buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması tələbləridir. 

Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məktəb direktorunun təqdimatına əsasən, məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdirilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlara ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Pedaqoji Şuranın qərarına əsasən, məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları məzunlara təntənəli surətdə təqdim edilir.

Qeyd edək ki, “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” təsdiq edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci il 1 may tarixli 536 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası” ləğv edilib.

Son xəbərlər

Orphus sistemi