Azərbaycanda quşların adının dəyişdirilməsi üçün layihə hazırlanıb

Azərbaycanda quşların adının dəyişdirilməsi üçün layihə hazırlanıb “Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib”.
Elm və təhsil
16 May , 2019 12:07
Azərbaycanda quşların adının dəyişdirilməsi üçün layihə hazırlanıb

Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

O xatırladıb ki, məlum məsələ ilə əlaqədar bir müddət əvvəl tərkibində AMEA-nın Zoologiya İnstitutu, institutun Naxçıvan filialının Bioresurslar İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı ornitoloqlarından ibarət komissiya yaradılıb: “Uzunmüddətli müzakirələrdən sonra quş adlarının bəziləri dəyişdirildi, bəziləri qaldı, bəziləri isə iki adla qeyd edildi”.

İnstitut direktoru bildirib ki, yekun qəbul edilən qərar Akademiyanın Biologiya və tibb elmləri bölməsinə verilib: “Məsələ bir daha müzakirə olundu və bəzi xırda dəyişikliklər edilərək quş növlərinin adı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Sadəcə, mətbuatda şou yaratmaq naminə məhz 20 quş növünün adı gündəmə gətirildi”.

E.Yusifov qeyd edib ki, Azərbaycan faunasında 402 quş növü təsdiq edilib və onların bəzilərinin adları olduğu kimi saxlanılır: “Quşlara veriləcək milli adlarımız olduğu təqdirdə rus adlarının verilməsini məqsədəuyğun hesab etmədik”. 

Son xəbərlər

Orphus sistemi