Yuxarı

Azərbaycanda qış fəsli başlayıb

Yer Qış Günəş duruşu nöqtəsindən keçir

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə saat 08:48-də Azərbaycanda qış fəsli başlayıb. "Report" xəbər verir ki, bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçir. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayır.

Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gündüz uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi