Yuxarı

Azərbaycanda piratçılığın qarşısının alınması məqsədilə nəzarət markalarının tətbiqinə başlanılıb

Bu, əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasına imkan yaradacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyi “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun icrasını təmin etmək məqsədilə tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəzarət markalarının verilməsinə başlanılıb.

Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nəzarət markalarının tətbiqi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.

"Nəzarət markalarının tətbiqi əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasına imkan yaradacaq. İndi Təhsil Nazirliyinin müvafiq icazəsi əsasında dərsliklərin satış üçün əlavə nüsxələrinin çapına icazə almış bir sıra nəşriyyatların, o cümlədən “Şərq-Qərb” ASC, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, “Radius”MMC, “Aspoliqraf LTD” MMC və “Altun-Kitab nəşriyyatı”ının müraciətləri əsasında onlara Müəllif Hüquqları Agentliyi tərəfindən nəzarət markalarının verilməsi təmin olunub", - məlumatda vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi