Azərbaycanda oxuyan Türkmənistandan olan tələbələrin sayı artırılacaq

Azərbaycanda oxuyan Türkmənistandan olan tələbələrin sayı artırılacaq Mikayıl Cabbarov Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin rektorunu qəbul edib
Elm və təhsil
20 Fevral , 2015 15:29
Azərbaycanda oxuyan Türkmənistandan olan tələbələrin sayı artırılacaq

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "ADA" Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin rektoru Esen Aydoqdıyevi qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Görüş zamanı Azərbaycanda və Türkmənistanda aparılan təhsil islahatları, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanda ali təhsil alan Türkmənistandan olan tələbələrin sayının artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bildirilib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 238 türkmənistanlı tələbə təhsil alır. Onların ən çox maraq göstərdikləri ixtisas istiqamətləri sırasında neft-qaz mühəndisliyi və inşaat mühəndisliyi əsas yerləri tutur.

Təhsil naziri Mikayıl Cabbarov tərəfindən Türkmənistanın Bolonya prosesinə inteqrasiyası çərçivəsində Azərbaycanın təcrübəsindən yararlanması təklif olunub və Təhsil Nazirliyinin bu istiqamətdə müvafiq dəstək verməyə hazır olduğu nəzərə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi